Daha bir hərbçimiz şəhid oldu, Müdafiə Nazirliyi şəhidlərin adlarını açıqladı
Qarabağ
- 12 iyul, 2020
- 18:15
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Son xəbərlər
23:05
Putinlə Pezeşkian arasında növbəti telefon danışığının təfərrüatları açıqlanıb
Region23:02
Pentaqon İrana qarşı əməliyyatda təxminən 140 hərbçinin yaralandığını açıqlayıb
Digər ölkələr22:57
Foto
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib - YENİLƏNİB-4
Fərdi22:52
Dövlət Departamenti İsveçə "M142 HIMARS" sisteminin satışını təsdiqləyib
Digər ölkələr22:41
Kaxaber Sxadadze: "Sabah" kimi komandaya bu cür boşluqlar vermək olmaz"
Futbol22:36
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika22:30
ŞKTR Baş naziri TDT-nin Bakıda keçiriləcək toplantısına dəvət edilib
Xarici siyasət22:20
Valdas Dambrauskas: "Qəbələ" təhlükəli rəqibdir"
Futbol22:04
Foto