Dağlıq Qarabağdakı vəziyyət ATƏT-in Daimi Şurasının xüsusi iclasında müzakirə olunacaq
Qarabağ
- 04 aprel, 2016
- 11:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 aprel. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttindəki vəziyyət ATƏT-in Vyanada keçiriləcək Daimi Şurasının xüsusi iclasında müzakirə olunacaq.
ATƏT-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclas aprelin 5-də Vyana vaxtı ilə saat 16:00-da keçiriləcək.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Vyanaya gedəcəklər. Sabah isə vasitəçilər Minsk qrupunun ümumi iclasında iştirak edəcəklər.
Daimi Şura ATƏT-in qərarların qəbulu üzrə əsas daimi fəaliyyət göstərən orqanıdır. Şura hər həftə, adətən, cümə axşamları Vyanada bir araya gəlir və müvafiq qərarlar qəbul etmək üçün ATƏT məkanında mövcud vəziyyəti müzakirə edir.
Son xəbərlər
19:25
Foto
Ucarda "Aqrar Biznes" və "I Çəltik" festivalı keçirilib - Yenilənib
ASK
19:20
Tramp: ABŞ İranla müharibəni tez başa çatdıra və ya bütün nefti götürə bilər
Digər ölkələr
19:14
Gəncədə beşaylıq körpə ölüb
Hadisə
19:11
Foto
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub
Elm və təhsil
19:03
Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib
Xarici siyasət
18:57
Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb
Hadisə
18:48
Ayxan Hacızadə: Qara dənizdə vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib
Xarici siyasət
18:44
Gürcüstan və Qazaxıstan strateji tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə edib
Region
18:44
"Kür"ün kapitanı: "Cavab oyunumuz çətin keçəcək"
Komanda