Dağlıq Qarabağda Ermənistan hərbçisi müəmmalı şəkildə ağır yaralanıb

Dağlıq Qarabağda Ermənistan hərbçisi müəmmalı şəkildə ağır yaralanıb Bakı. 20 yanvar. REPORT.AZ/ Ermənistanın işğalı altında saxlanılan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni hərbçisi müəmmalı şəkildə yaralanıb.
Qarabağ
849
20 Yanvar , 2018 18:01
Dağlıq Qarabağda Ermənistan hərbçisi müəmmalı şəkildə ağır yaralanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Ermənistanın işğalı altında saxlanılan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni hərbçisi müəmmalı şəkildə yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artrun Ovannisyan bildirib.

İnformasiyaya əsasən, əsgər Ernest Ovanisyan ötən həftə Yerevanın Nor Nork rayonundan hərbi xidmətə çağırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Ermənistan ordusunun yaralı hərbçisi hospitala yerləşdirilib. Onun vəziyətinin ağır olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi