Dağlıq Qarabağda erməni əsgərlər arasında atışma olub, 1 hərbçi ölüb, 1-i yaralanıb - YENİLƏNİB

Qarabağ
  • 27 mart, 2019
  • 07:58
Dağlıq Qarabağda erməni əsgərlər arasında atışma olub, 1 hərbçi ölüb, 1-i yaralanıb - YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş hərbi hissələrinin birində baş verən ölüm hadisəsinin səbəbi məlum olub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, 21 yaşlı Ara Arakelyanın ölümündə şübhəli bilinən bir hərbçi tutulub.

Məlumata görə, martın 26-da kiçik çavuş A.Arakelyan aldığı güllə yarasından ölüb, kiçik çavuş Andranik Koşkyan isə atəş nəticəsində sol biləyindən yaralanıb.


*** 09:23

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş hərbi hissələrinin birində daha bir ölüm hadisəsi baş verib. 

“Report” “Panorama”ya istinadən xəbər verir ki, orduda müqavilə əsasında xidmət edən 1998-ci il təvəllüdlü Ara Arakelyan naməlum şəraitdə ölüb.

Faktla bağlı araşdırma aparılır.