Bakı. 15 yanvar. REPORT.AZ/ Ermənistan parlamentinin keçmiş deputatı Arakel Movsisyan (Şmays) ailəsi ilə birlikdə ABŞ-a qaçıb.
“Report” “Jamanak”a istinadən xəbər verir ki, o, bir daha ölkəsinə qayıtmayacaq və ABŞ-da daimi yaşayacaq.
A.Movsisyan bildirib ki, onun Ermənistanda 1,5 milyon dollar həcmində kredit borcu var: “Bu borcu bağlamaq üçün mənə məxsus olan bazarı, şadlıq sarayımı satışa çıxarmışam”.
Amma keçmiş deputatın daşınmaz əmlakı hələ də satılmayıb. Qəzet yazıb ki, A.Movsisyan kredit öhdəliyini yerinə yetirməmək üçün ABŞ-a qaçıb.
Qeyd edək ki, A.Movsisyan Azərbaycanın