Türkiyə səfiri: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylər artırılmalıdır"

Türkiyə səfiri: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylər artırılmalıdır" ATƏT Avropanın təhlükəsizliyi və sabitliyi üçün qurulmuş çox vacib beynəlxalq təşkilatdır.
Qarabağ
28 Noyabr , 2019 13:54
Türkiyə səfiri: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylər artırılmalıdır
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral / Report/ Firi Salim

"ATƏT Avropanın təhlükəsizliyi və sabitliyi üçün qurulmuş çox vacib beynəlxalq təşkilatdır".

"Report"un məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. 

Onun sözlərinə görə, ATƏT-in üzərinə düşən vacib vəzifələrdən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir: "Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür. Biz tezliklə həll yolunun tapılması üçün daha çox səylərin göstərilməsini istəyirik".

"Təəssüflər olsun ki, uzun müddətdir problem öz həllini tapmayıb. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün parametrlər bəllidir. Həm BMT, həm ATƏT-in irəli sürdüyü parametrlər münaqişənin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur. Lakin hələ də Azərbaycan əraziləri işğaldan azad edilməyib. Ona görə də ATƏT-in bu istiqamətdəki fəaliyyəti bizi qane etmir. Amma münaqişənin həlli üçün ən önəmli mexanizm olan ATƏT-i dəstəkləyirik və Minsk qrupunun həmsədrlərinin həll yolunu tapacaqlarına ümid edirik", - E.Özoral qeyd edib.

Son xəbərlər

Orphus sistemi