Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri hesabat verib

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri hesabat verib “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın yeni İdarə Heyətinin formalaşdırılmasından 1 il ötür.
Qarabağ
27 Dekabr , 2019 11:22
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri hesabat verib

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın yeni İdarə Heyətinin formalaşdırılmasından 1 il ötür.

"Report"un xəbərinə görə, bununla bağlı icmanın İdarə Heyətinin iclası keçirilib.

İcma rəhbəri Tural Gəncəliyev 1 il ərzində görülən işlər, həyata keçirilən layihələr haqqında geniş məruzə ilə çıxış edib. T.Gəncəliyev qeyd edib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması beynəlxalq əlaqələr, analitik-informasiya sahəsini, ictimaiyyətlə və media qurumları ilə əlaqələri, sosial şəbəkələrdə fəaliyyəti, ölkədaxili tədbirlərdə iştirakı və digər bu kimi vacib məsələləri diqqətdə saxlayıb.

O deyib ki, beynəlxalq qurumlarla mütəmadi görüşlərin keçirilməsi, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının müxtəlif məsələlərlə bağlı mövqeyinin bu qurumların təmsilçilərinin diqqətinə çatdırılması əsas məqsədlərdən olub. Bu baxımdan ATƏT sədri Miroslav Layçakın rəhbərlik etdiyi nümayəndə heyəti, ATƏT-in Minsk qrupunun həmsədrləri, Minsk qrupunun üzvü olan digər ölkələrin, ölkəmizdə fəaliyyət göstərən səfirlər ilə keçirilən görüşlər, digər ölkələrin diplomatik korpusları, həmçinin Avropa İttifaqı, Avropa Şurası, BMT, Qızıl Xaç Komitəsinin Bakı ofislərində keçirilən görüşlər xüsusi əhəmiyyətə malikdir.

İcma rəhbəri Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in 2019-cu il İnsan ölçüsü üzrə İmplementasiya görüşüdə qaçqınlar və məcburi köçkünlərin hüquqlarına dair keçirilən konfransda iştirakı, həmcinin icmanın nümayəndə heyətlərinin ABŞ-ın Los-Anceles, Türkiyənin Ankara, Avropanın siyasi mərkəzi sayılan Brüsselə səfərlərini faydalı hesab etdiyini bildirib.

T.Gəncəliyev iclasda analitik-informasiya, sosial şəbəkələrdə fəaliyyət, ictimaiyyətlə, xüsusən gənclərlə və media qurumları ilə əlaqələrin qurulması, xarici ölkələrin mətbuatına icma üzvlərinin müsahibələr verməsini müsbət hal kimi qeyd edib.

Sonra İdarə Heyətinin üzvləri bir il ərzində görülən işlərlə bağlı fikirlərini açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi