Ceyhun Bayramov: “Hərbi əsirlərin Ermənistana təhvil verilməsi məsələsi artıq bağlanıb”

Ceyhun Bayramov: “Hərbi əsirlərin Ermənistana təhvil verilməsi məsələsi artıq bağlanıb” Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təhvil verib
Qarabağ
460
8 Aprel , 2021 22:17
Ceyhun Bayramov: “Hərbi əsirlərin Ermənistana təhvil verilməsi məsələsi artıq bağlanıb”
Ceyhun Bayramov
0 : 00
0 : 00

“Hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Öhdəliklərinə uyğun olaraq, Azərbaycan bütün hərbi əsirləri Ermənistana təhvil verib”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz bu məsələyə necə məsuliyyətli olduğumuzu sübut etdik. Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təhvil verib”-deyə, nazir bildirib.

Onun sözlərinə görə, üçtərəfli bəyanata uyğun olaraq, döyüş əməliyyatları zamanı götürülmüş bütün hərbi əsirlər Ermənistan tərəfinə təhvil verilib:

“Hərbçilər hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir. Sonradan antiterror əməliyyatı nəticəsində tutulanlara əsir deyil, terrorçu deyilməlidir. Üçtərəfli razılaşmanın bütün tərəfləri öz öhdəliklərinə ciddi şəkildə əməl etməlidir. Sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan qoşunlarını Azərbaycan ərazilərinə göndərməyə cəhd edir”.

Son xəbərlər

Orphus sistemi