Aİ-nin xüsusi nümayəndəsi Brüsseldə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə iştirak edib

Aİ-nin xüsusi nümayəndəsi Brüsseldə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə iştirak edib Bakı. 30 yanvar. REPORT.AZ/ Avropa İttifaqının (ai) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Brüsseldə Avropa Siyasət Mərkəzinin (European Policy Center) təşkil etdiyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə iştirak edib.
Qarabağ
30 Yanvar , 2019 11:49
Aİ-nin xüsusi nümayəndəsi Brüsseldə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə iştirak edib

Bakı. 30 yanvar. REPORT.AZ/ Avropa İttifaqının (ai) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Brüsseldə Avropa Siyasət Mərkəzinin (European Policy Center) təşkil etdiyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə iştirak edib.

"Report" xəbər verir ki, "Dağlıq Qarabağ münaqişəsi, sülhün faydaları" mövzusundakı müzakirələr yanvarın 29-da Belçikanın paytaxtında baş tutub.

Çıxışı zamanı Aİ-nin xüsusi nümayəndəsi münaqişənin həllində irəliləyişə nail olmağın elə də asan olmadığını, amma bu istiqamətdə səyləri davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə həmçinin Avropa Siyasət Mərkəzinin eksperti Amanda Pol, Böyük Britaniyanın "Links" qeyri-hökumət təşkilatının direktoru Dennis Sammut, "BerlinEconomics" analitik mərkəzinin icraçı direktoru Rikardo Cuççu (Ricardo Giucci) kimi region üzrə ekspertlər iştirak ediblər.

D.Sammut Avropa İttifaqının Cənubi Qafqaz regionundakı mühüm rolunu qeyd edib.

"BerlinEconomics" analitik mərkəzinin icraçı direktoru Rikardo Cuççu isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müsbət iqtisadi təsirindən danışıb.

Son xəbərlər

Orphus sistemi