BQXK-nın Azərbaycandakı nümayəndələri erməni diversanta baş çəkib

BQXK-nın Azərbaycandakı nümayəndələri erməni diversanta baş çəkib Görüş standart prosedurlar çərçivəsində həyata keçirilib
Qarabağ
9 Sentyabr , 2016 12:41
BQXK-nın Azərbaycandakı nümayəndələri erməni diversanta baş çəkib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndələri sentyabrın 7-də erməni hərbçiyə Arsen Baqdasaryana baş çəkib.

Bu barədə "Report"a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, görüş standart prosedurlar çərçivəsində həyata keçirilib. Yəni ondan ailəsinə, ailəsindən də ona məlumat verilib.

Xatırladaq ki, erməni diversant Arsen Baqdasaryan ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə erməni diversant cəzasını xüsusi rejimli həbsxanada çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsinə əsasən irəli sürülən ittihamlardan 5-i milli təhlükəsizilik zəminində, 7-si isə cinayət törətməyə cəhdə görədir. 

Son xəbərlər

Orphus sistemi