Bakı. 4 oktyabr. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Boryuja Ermənistan-Azərbaycan,
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, bazar günü erməni jurnalistlərə açıqlamasında bildirib.
"Ağır silahlardan dinc yaşayış məntəqələrinin atəşə tutulması bizim üçün tamamilə qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün əlindən gələni etməlidir", — deyə o əlavə edib və bildirib ki, Suriya, İraq və digər ölkələrdəki vəziyyəti nəzərə alsaq, daha bir qaynar nöqtə heç kimə lazım deyil.
Jurnalistlərin " KTMT nə üçün vəziyyətə müdaxilə etmir?" sualına Boryuja belə cavab verib:
"KTMT təşkilata üzv ölkələrdən hansısa birinin öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək iqtidarında olmadığı zaman vəziyyətə müdaxilə edə bilər. Lakin bunun üçün həmin dövlətin özünün müraciət etməsi lazımdır".
"Mənə elə gəlir ki, Ermənistan ordusunun öz təhlükəsizlik, stabillik və ərazi bütövlüyünü təmin etmək üçün bütün imkanları var", — deyə KTMT sədri bildirib.