Boris Tadiç: "Ərazi bütövlüyü məsələsində Serbiya Azərbaycanla eyni prinsipial mövqeni tutur"

Boris Tadiç: "Ərazi bütövlüyü məsələsində Serbiya Azərbaycanla eyni prinsipial mövqeni tutur" "Azərbaycan BMT-nin Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bir neçə ölkələrdən biri olub"
Qarabağ
19 Dekabr , 2014 10:50
Boris Tadiç: Ərazi bütövlüyü məsələsində Serbiya Azərbaycanla eyni prinsipial mövqeni tutur

Bakı. 19 dekabr. REPORT.AZ/ "Azərbaycan Kosovonun müstəqilliyini yalnız Dağlıq Qarabağ probleminin mövcud olmasına görə deyil, həm də özünün xarici siyasətdə səmərəli mövqeyinə görə tanımır".

"Report" xəbər verir ki, bu barədə Serbiyanın keçmiş prezidenti Boris Tadiç Bakıda "Qlobal xarici siyasət: Berlin divarının çökməsindən 25 il sonra" mövzusunda keçirilən mühazirə zamanı deyib.

 "Dağlıq Qarabağ münaqişəsi hər iki tərəfin razılığa gəlməsindən sonra öz həllini tapacaq", - B.Tadiç qeyd edib.

O vurğulayıb ki, ərazi bütövlüyü məsələsində Serbiya Azərbaycanla eyni prinsipial mövqeni tutur.

"Hər bir problem unikaldır, lakin bütün problemlər bir-birilə əlaqəlidir", - Tadiç bildirib.

Keçmiş prezident qeyd edib ki, Azərbaycan tarixi ticari yolların və müxtəlif mədəniyyətlərin kəsişməsidir, burada həmçinin dünya arenasında əsas siyasi oyunçuların maraqları toqquşur. 

"Rusiyanın ISAF missiyası yüklərin tranziti üzrə əməkdaşlıq məsələsi ilə bağlı NATO ilə əməkdaşlıqdan imtina etməsindən sonra Azərbaycan bu məsələdə etibarlı tərəfdaş oldu. Bununla yanaşı, Azərbaycan neft və qaz ixrac edərək, Avropanın enerji təhlükəsizliyini təmin edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşıdır", - o bildirib. 

B.Tadiç xatırladıb ki, Azərbaycan BMT-nin Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bir neçə ölkələrdən biri olub.

Onun sözlərinə görə, rəsmi Bakı Kremldən asılı olmayan siyasət aparır.

"Qərblə əməkdaşlıq Azərbaycan hökumətinin xarici siyasətdə prioritet istiqamətidir", - sabiq prezident qeyd edib. 

Son xəbərlər

Orphus sistemi