BMT: Regionun gələcəyi Qarabağ münaqişəsinin həllindən asılıdır

BMT: Regionun gələcəyi Qarabağ münaqişəsinin həllindən asılıdır “Bu gün dünyada gender problemi, bərabərlik məsələsi getdikcə aktuallaşır. Regionun davamlı inkişaf modelini həyata keçirmək üçün münaqişənin həllinə nail olmaq çox vacibdir”.
Qarabağ
24 Fevral , 2020 11:02
BMT: Regionun gələcəyi Qarabağ münaqişəsinin həllindən asılıdır
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzai / Report/ Elchin Murad

“Bu gün dünyada gender problemi, bərabərlik məsələsi getdikcə aktuallaşır. Regionun davamlı inkişaf modelini həyata keçirmək üçün münaqişənin həllinə nail olmaq çox vacibdir”.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması" mövzusunda keçirilən beynəlxalq konfransında deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas məsələ Qarabağ icmaları arasında dialoq yolu ilə sabitliyin və sülhün möhkəmləndirilməsidir.

“Regionun gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır və qaçqın və məcburi köçkün qadınlar bu prosesdə böyük rol oynamalıdırlar”, - Q.İsakzai vurğulayıb.

Son xəbərlər

Orphus sistemi