BMT-nin Ali nümayəndəsi: "Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim"

BMT-nin Ali nümayəndəsi: "Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim" "Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim. Bu ərazinin tarixi-mədəni, dini irsinin dağıdılması, müqəddəs yerlərin təhqir edilməsi yolverilməzdir”
Qarabağ
22 İyun , 2021 17:00
BMT-nin Ali nümayəndəsi: Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim

"Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim. Bu ərazinin tarixi-mədəni, dini irsinin dağıdılması, müqəddəs yerlərin təhqir edilməsi yolverilməzdir”.

Report” xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos erməni işğalından azad edilmiş Füzuli rayonuna səfəri zamanı bildirib.

Ali nümayəndə qeyd edib ki, hətta insanlar fərqli olsalar belə, bu, onları bir-birindən uzaqlaşdırmamalı, birləşdirici dəyər olmalıdır: “Bütün millətlər bu fərqləri qəbul etməli və bir-birinə hörmətlə, anlayışla yanaşmalıdır. Çünki sülhə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunduğu mühit iradəmizi ifadə etmək imkanı yaradır, bütün bəşəriyyətə sülh və çiçəklənmə gətirir”.

Migel Angel Moratinos onu da qeyd edib ki, BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanın təşəbbüskarı olduğu və xalqlar arasında dialoq, əməkdaşlığın inkişafına yönəlmiş “Bakı prosesi”ni həmişə dəstəkləyib, Azərbaycanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.

“Azərbaycan “Bakı prosesi” çərçivəsində beynəlxalq tədbirlərin bir parçası olan Bakı qlobal forumlarına dəfələrlə ev sahibliyi edib və bu tədbirlərin gedişatı zamanı biz, BMT-nin Sivilizasiyalar Alyansı olaraq, multikultural dəyərlərin təbliği məsələsində Azərbaycanla sıx əməkdaşlıq etmişik”, - deyə Ali nümayəndə əlavə edib.

Son xəbərlər

Orphus sistemi