Latviya prezidenti: "BMT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməlidir"

Latviya prezidenti: "BMT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməlidir" "Müstəqil dövlətlərin ərazi bütövlüyünə hamı hörmət etməlidir, Rusiya da istisna deyil"
Qarabağ
21 Sentyabr , 2017 12:30
Latviya prezidenti: BMT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməlidir

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Müstəqil dövlətlərin ərazi bütövlüyünə hamı hörmət etməlidir, Rusiya da istisna deyil". 

"Report" xəbər verir ki, bunu Latviya prezidenti Raymonds Veyonis BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışI zamanı deyib.

Onun sözlərinə görə, Rusiyanın öz qonşularına qarşı heç nəyə əsaslanmayan təcavüzü beynəlxalq təhlükəsizlik qaydalarının ciddi pozulmasıdır: "Beynəlxalq hüququn pozulmasına görə münaqişələri başlayan və dəstəkləyən istənilən təcavüzkar məsuliyyətə cəlb olunmalıdır".

Latviya prezidenti vurğulayıb ki, onun ölkəsi üçün Ukraynada münaqişənin sülh yolu ilə həlli və onun suverenliyinə və ərazi bütövlüyünə hörmət prioritetlərdən biridir: "BMT regional oyunçularla birlikdə Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada dondurulmuş münaqişələrin nizamlanmasına yardım etməlidir". 

R.Veyonis həmçinin Şimali Koreyanın nüvə sınaqları, Suriyada kimyəvi silahların istifadəsi, qlobal terrorizm və BMT-nin islahat zərurəti məsələlərinə də toxunub. 

Son xəbərlər

Orphus sistemi