BMT Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasına görə narahatdır

BMT Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasına görə narahatdır "Tərəfləri hər cür hərbi hərəkətlərdən çəkinməyə və vəziyyətin sakitləşməsi üçün addımlar atmağa çağırırıq"
Qarabağ
7 İyul , 2017 09:34
BMT Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasına görə narahatdır

Bakı. 7 iyul. REPORT.AZ/ BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır. "Report" xəbər verir ki, bu barədə brifinqdə BMT-nin mətbuat katibi Stefan Düjarrik bildirib.

O, tərəfləri hər cür hərbi hərəkətlərdən çəkinməyə və vəziyyətin sakitləşməsi və növbəti zorakılığın qarşısının alınması üçün addımlar atmağa çağırıb.

"BMT-nin baş katibinin 2017-ci il iyun 22-də verdiyi bəyanatda bildirdiyi kimi, hamımız təhlükəsizlik vəziyyətinin pisləşməsi, eləcə də bu yaxınlarda təmas xəttində atəşkəs rejiminin pozulması faktı ilə bağlı narahatıq", - S.Düjarrik Nyu-Yorkda brifinqdə vurğulayıb.

O, BMT-nin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində insanların, o cümlədən mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını dəstəklədiyini açıqlayıb.

BMT rəsmisi bildirib ki, danışıqlar masasına ən qısa zamanda qayıdış bu həlli uzanmış və təhlükəli münaqişənin yeganə nizamlama yoludur.

Son xəbərlər

Orphus sistemi