BMT Baş Katibi Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb

BMT Baş Katibi Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb BMT Baş Katibi ATƏT-in Minsk qrupu həmsədrlərinin ifadə etdiyi narahatlığa şərik olduğunu bildirib
Qarabağ
156
14 Noyabr , 2014 00:22
BMT Baş Katibi Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb

Bakı. 14 noyabr. REPORT.AZ/ BMT Baş Katibi Pan Gi Mun cəbhə xəttində baş vermiş son hadisədən sonra Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.

"Report"-un “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş Katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib.

Onu sözlərinə görə, Baş Katib ATƏT-in Minsk qrupu həmsədrlərinin ifadə etdiyi narahatlığa şərik olduğunu bildirib.

Açıqlamada tərəflərin atəşkəslə bağlı sazişə riayət olunmasının vacibliyi vurğulanıb, vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi