Binəli Yıldırım: "Qarabağ məsələsində siz yerdən göyədək haqlısınız"

Qarabağ
  • 02 noyabr, 2020
  • 10:33
Binəli Yıldırım: Qarabağ məsələsində siz yerdən göyədək haqlısınız

“Türkiyə olaraq biz Azərbaycanın bu haqlı davasında əvvəldən bəri yanındayıq. Heydər Əliyevin “İki dövlət – bir millət” anlayışını o gündən davam etdiririk”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Prezident İlham Əliyevin qəbulunda söyləyib.

“Bilirik ki, Qarabağ məsələsində siz yerdən göyədək haqlısınız. Qarabağ sadəcə işğalçılardan təmizlənir”, - o qeyd edib.