Bakı. 3 mart. REPORT.AZ/ Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) “Bəs haradadır ədalət? Xocalıya ədalət!” adlı videoçarx hazırlayıblar. Bu barədə “Report”a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanan videoçarxın rejissoru Nataliya Pyatiqinadır.
Videoçarx geniş tamaşaçı auditoriyasının diqqətini Xocalı soyqırımına cəlb etmək məqsədilə rus və Azərbaycan dillərində hazırlanıb, ingilis, Ukrayna dillərində subtitrlər ilə müşayiət olunur.