Bengt Hildebrand: “Ağdamdakı Çörək Muzeyini dağıdılmış vəziyyətdə görmək üzücüdür”

Bengt Hildebrand: “Ağdamdakı Çörək Muzeyini dağıdılmış vəziyyətdə görmək üzücüdür” “Ağdamdakı Çörək Muzeyinin demək olar ki, tamamilə dağıdılmasını görmək üzücüdür, ondan yalnız fasadın və mozaikanın bir hissəsi qalıb”.
Qarabağ
13 May , 2023 18:09
Bengt Hildebrand: “Ağdamdakı Çörək Muzeyini dağıdılmış vəziyyətdə görmək üzücüdür”

“Ağdamdakı Çörək Muzeyinin demək olar ki, tamamilə dağıdılmasını görmək üzücüdür, ondan yalnız fasadın və mozaikanın bir hissəsi qalıb”.

"Report" xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən səyahətçilər qrupuna rəhbərlik edən “Club 100”ün İdarə Heyətinin üzvü, isveçli səyahətçi Bengt Hildebrand deyib.

"Qarabağ kimi ərazilər ziyarət üçün o qədər də əlçatan deyil, biz burada olduğumuza görə çox şadıq. İşğaldan azad olunan ərazilərin təbiəti çox gözəl və mənzərəlidir, Qarabağın dağlarının bəzi yerləri mənə İsveçi xatırladır", - o söyləyib.

Səyahətçinin sözlərinə görə, təbiətlə yanaşı, dağıdılmış Ağdam Çörək Muzeyi də onda böyük təəssürat yaradıb: “Düşünürəm ki, vaxtilə bu, çox gözəl tikili olub, indi onun belə vəziyyətdə olması təəssüf doğurur”.

Səyahətçi mina partlamasını izləməyin onun üçün maraqlı, eyni zamanda olduqca qorxulu təcrübə olduğunu əlavə edib.

Xatırladaq ki, bu gün başa çatacaq üçgünlük səfər çərçivəsində “Club 100” üzvləri Füzuli, Horadiz, Ağdam, Laçın, Zəngilan və Cəbrayıl rayonlarında olublar.

Son xəbərlər

Orphus sistemi