Belçika nümayəndəsi: “Edillidə baş verənlərlə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır”

Belçika nümayəndəsi: “Edillidə baş verənlərlə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır” “Bura mümkün qədər çox insan gətirmək lazımdır, çünki belə təəssüratlar uzun müddət qalır. Çoxlu məlumat və hüquqi işlər aparmaq lazımdır ki, burada baş verənləri bütün dünya görsün”.
Qarabağ
15 Oktyabr , 2022 15:43
Belçika nümayəndəsi: “Edillidə baş verənlərlə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır”

“Bura (Edilliyə - red.) mümkün qədər çox insan gətirmək lazımdır, çünki belə təəssüratlar uzun müddət qalır. Çoxlu məlumat və hüquqi işlər aparmaq lazımdır ki, burada baş verənləri bütün dünya görsün”.

“Report”un Xocavənd rayonunun Edilli kəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Belçikadan olan QHT nümayəndəsi Angele Kedaytene deyib.

O, gördüklərindən şoka düşdüyünü bildirib:

“İlk dəfədir belə bir şey görürəm. Hər şeyi öz gözlərimlə görmək çox acınacaqlı mənzərədir və gördüklərimi ömür boyu unutmayacağam”.

“Dünyada çoxlu soyqırımı olub. Holokost bütün faciəni dünyaya göstərmək və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün nümunədir. Ona görə də susmamaq çox vacibdir”, - A.Kedaytene vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-də xarici ekspertlərdən və QHT nümayəndələrindən ibarət nümayəndə heyəti Xocavənd rayonunun erməni işğalından azad edilmiş Edilli kəndində olub. Heyətin tərkibinə Çexiya, Niderland, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT nümayəndələri daxildir.

Son xəbərlər

Orphus sistemi