Belarus Prezidenti: "Minsk qrupu Qarabağ münaqişəsini həll etmək üçün əlini ağdan qaraya vurmayıb"

Belarus Prezidenti: "Minsk qrupu Qarabağ münaqişəsini həll etmək üçün əlini ağdan qaraya vurmayıb" Bakı. 14 dekabr. REPORT.AZ/ Ötən illər ərzində beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin gerçək həlli istiqamətində heç bir iş görməyiblər.
Qarabağ
102
14 Dekabr , 2018 15:09
Belarus Prezidenti: Minsk qrupu Qarabağ münaqişəsini həll etmək üçün əlini ağdan qaraya vurmayıb
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ "Ötən illər ərzində beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin gerçək həlli istiqamətində heç bir iş görməyiblər".

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Minsk şəhərində Rusiya jurnalistlərilə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Bu onilliklər ərzində Dağlıq Qarabağ üzrə Minsk qrupu əlini ağdan qaraya vurmayıb və iki prezident (Ermənistanla Azərbaycan prezidentləri – red.) oturub “gəlin məsələni insanların mənafeyi xətrinə həll edək” deməyincə də, bu olmayacaq”, - dövlət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi