Baş nazirin müavini Şəhidlər xiyabanında Xocalı soyqırımı ilə bağlı abidənin ucaldılması təklifinə münasibət bildirib

Baş nazirin müavini Şəhidlər xiyabanında Xocalı soyqırımı ilə bağlı abidənin ucaldılması təklifinə münasibət bildirib Bizim bütün səylərimiz ona yönəlməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısınlar
Qarabağ
25 Fevral , 2017 11:46
Baş nazirin müavini Şəhidlər xiyabanında Xocalı soyqırımı ilə bağlı abidənin ucaldılması təklifinə münasibət bildirib

Bakı. 25 fevral. REPORT.AZ/ Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov deputatların Xocalı Muzeyinin yaradılması, eləcə də Şəhidlər xiyabanında soyqırımla bağlı adibənin ucaldılması təklifinə münasibət bildirib.

“Report”un xəbərinə görə, Ə.Əhmədov deyib ki, Xocalı soyqırımı, bu qətliamın Azərbaycan xalqının tarixi yaddaşına çevrilməsi və bütün dünyada təbliğ olunması istiqamətində səsləndirilən bütün təkliflərə müsbət yanaşmaq lazımdır.

Baş nazirin müavini qeyd edib ki, Milli Məclisdə qaldırılan bu məsələlərə də müsbət yanaşmaq olar: "Məqsədimiz ondan ibarətdir ki, Xocalı unudulmasın və təbii ki, unudulmur. Amma söhbət təkcə bunu unutmamaqdan getmir. Söhbət həm də ondan getməlidir ki, biz Xocalı faciəsini törədənlərin ədalət mühakiməsi qarşısına çıxarılmasına, onların törətdikləri qətliama cavab vermələrinə nail olmalıyıq. Bütün dünya və bizim qarşımızda duran əsas məqsəd bundan ibarət olmalıdır. Təbliğat işləri də aparılmalıdır. Lakin bununla yanaşı, bizim bütün səylərimiz ona yönəlməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısınlar. Təbii ki, bu soyqırım qurbanlarının qətlinə, qanına bayis olan insanlar öz layiqli cavablarını alsınlar".  

Son xəbərlər

Orphus sistemi