Bakı Yeparxiyası: “Multikulturalizm və çoxmillətlilik Azərbaycana xas xüsusiyyətlərdir”

Bakı Yeparxiyası: “Multikulturalizm və çoxmillətlilik Azərbaycana xas xüsusiyyətlərdir” "Azərbaycan hələ qədimdən çoxmillətli və çoxkonfessiyalı ölkə olub. Bu səbəbdən, təəccüblü deyil ki, multikulturalizm və çoxmillətlilik kimi anlayışlar vətəndaşlarımız üçün təbii anlayışlardır”.
Qarabağ
14 Aprel , 2022 17:24
Bakı Yeparxiyası: “Multikulturalizm və çoxmillətlilik Azərbaycana xas xüsusiyyətlərdir”

"Azərbaycan hələ qədimdən çoxmillətli və çoxkonfessiyalı ölkə olub. Bu səbəbdən də multikulturalizm və çoxmillətlilik kimi ifadələr vətəndaşlarımız üçün təbii anlayışlardır”.

Bunu “Report”a Rus Pravoslav Kilsəsin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mixail Klimov bildirib.

O, son iki onillikdə konfessiyalararası əlaqələrin genişləndiyini vurğulayıb.

“Bu gün burada olduğuma görə çox şadam. Həyəcan hissi keçirirəm”, - Mixail Klimov Hadruta səfər təəssüratlarını bölüşərkən deyib.

Xatırladaq ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Pasxa bayramı münasibətilə ölkənin xristian dini icmaları nümayəndələri Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsinə gəliblər.

Səfər iştirakçıları Hadrutda yerləşən bir sıra dini obyektlərdə olub, şəhidlərin ruhuna dualar oxuyublar.

Son xəbərlər

Orphus sistemi