Azərbaycan XİN Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəmə işinin başlanmasını şərh edib

Azərbaycan XİN Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəmə işinin başlanmasını şərh edib Azərbaycan tərəfi onların azad edilməsi üçün beynəlxalq təşkilatlarla işi davam etdirir
Qarabağ
27 Oktyabr , 2014 13:31
Azərbaycan XİN Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəmə işinin başlanmasını şərh edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Qondarma Dağlıq Qarabağ rejiminin Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində məhkəmə işi təşkil etməyə heç bir hüquqi əsası yoxdur və bu qondarma məhkəmə tərəfindən qəbul ediləcək qərar heç bir hüquqi gücə malik ola bilməz". Bu barədə "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hilmət Hacıyev bu gün Xankəndində Ermənistan tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində qondarma məhkəmə işinin başlanmasını şərh edərkən deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan ərazisində Azərbaycan vətəndaşlarının sərbəst hərəkətinə ölkə qanunlarında nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla, heç kim tərəfindən məhdudiyyət və ya qadağa qoyula bilməz.

AXİN sözçüsünün sözlərinə görə, Azərbaycan tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə iş davam etdirilir.

O xatırladıb ki, öz doğmalarının qəbirlərini ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərov girov götürülüb və uydurma istintaq prosesi çərçivəsində işgəncələrə məruz qoyulub, Həsən Həsənov isə vəhşicəsinə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. "Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarının müddəaları ilə bilavasitə ziddiyyət təşkil edir".

Erməni KİV-lər tərəfindən verilən məlumata görə, bu gün Xankəndində Erməni separatçılar girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərov üzərində qondarma məhkəmə işini başlayırlar.

Son xəbərlər

Orphus sistemi