Azərbaycanlı diplomatlar Gürcüstan ictimaiyyətini erməni təxribatı barədə məlumatlandırıb

Azərbaycanlı diplomatlar Gürcüstan ictimaiyyətini erməni təxribatı barədə məlumatlandırıb Azərbaycanın Gürcüstandakı səfirliyində cəbhə xəttindəki vəziyyətə həsr olunan xüsusi brifinq keçirilib.
Qarabağ
28 Sentyabr , 2020 13:02
Azərbaycanlı diplomatlar Gürcüstan ictimaiyyətini erməni təxribatı barədə məlumatlandırıb

Azərbaycanın Gürcüstandakı səfirliyində cəbhə xəttindəki vəziyyətə həsr olunan xüsusi brifinq keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, səfirliyin məsul əməkdaşları Gürcüstanın mətbuat nümayəndələrinə Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatları barədə ətraflı məlumat təqdim ediblər.

Səfirliyin müşaviri Eldar Bayramov bildirib ki, ötən gün Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hücuma keçiblər.

O vurğulayıb ki, ermənilərin yaşayış məntəqələrini və mülki obyektləri atəşə tutması nəticəsində Azərbaycanın mülki vətəndaşları arasında ölən və yaralananlar var, yaşayış evləri atəşə məruz qalıb: “Ermənistan dinc sakinləri hədəfə almaqla beynəlxalq hüququ kobud şəkildə pozur”.

Diplomat deyib ki, Azərbaycan Ermənistanın növbəti işğala hazırlaşması ilə bağlı bir neçə dəfə beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib:

“Ermənistanın siyasi-hərbi rəhbərliyi yeni hərbi təxribata əl atıb. Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirib və bir neçə kəndi işğaldan azad edib. Ordumuz hərbi əməliyyatları davam etdirir və düşmənə ciddi zərbələr vurur. Hazırkı vəziyyət və nəticələrlə bağlı məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Brifinqdə Gürcüstanın aparıcı televiziya kanalları və onlayn media resurslarının təmsilçiləri iştirak ediblər.

KİV nümayəndələrinin diqqətinə Ermənistanın işğalını və təcavüz altında olan Azərbaycan torpaqları barədə fotomateriallar, beynəxlalq təşkilatların münaqişənin həlli üzrə qəbul etdikləri bir sıra sənədlər də çatdırılıb.

Son xəbərlər

Orphus sistemi