Azərbaycanlı deputat ATƏT PA-da Minsk qrupu həmsədr dövlətlərinin dəyişdirilməsi təklifini irəli sürüb

Azərbaycanlı deputat ATƏT PA-da Minsk qrupu həmsədr dövlətlərinin dəyişdirilməsi təklifini irəli sürüb Həmsədrlərin tərkibinə Almaniya və Türkiyənin daxil olunması təklif olunub
Qarabağ
245
19 Fevral , 2015 17:44
Azərbaycanlı deputat ATƏT PA-da Minsk qrupu həmsədr dövlətlərinin dəyişdirilməsi təklifini irəli sürüb

Bakı. 19 fevral. REPORT.AZ/ ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun həmsədr dövlətlərinin dəyişdirilməsi haqqında təklif irəli sürüb. "Report" xəbər verir ki, bu barədə A.Quliyev Vyanada keçirilən ATƏT PA-nın qış sessiyasında çıxışı zaman bildirib. 

Deputat qeyd edib ki, Minsk qrupu həmsədrləri tərkibinin dəyişdirilməsi münaqişənin həlli prosesində yeni ideyaların yaranmasına gətirib çıxara bilər. O, həmsədrlərin tərkibinə Almaniya və Türkiyənin daxil olunmasını təklif edib.

A.Quliyev vurğulayıb ki, Almaniyanın münaqişədə iştirak edən hər iki ölkə ilə uzunmüddətli əməkdaşlığı mövcuddur. Deputat xatırladıb ki, Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti ilə bu yaxınlarda keçirilən görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini artırmaq niyyətini bəyan edib. 

Son xəbərlər

Orphus sistemi