Azərbaycanın xarici işlər naziri: “Müddəaları Azərbaycan deyil, Ermənistan pozur”

Azərbaycanın xarici işlər naziri: “Müddəaları Azərbaycan deyil, Ermənistan pozur” “Tez-tez Azərbaycan tərəfinin üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməsinin zəruriliyi ilə bağlı çağırışlar eşidirik, amma əslində müddəaları rəsmi İrəvan pozur”.
Qarabağ
23 Dekabr , 2022 17:00
Azərbaycanın xarici işlər naziri: “Müddəaları Azərbaycan deyil, Ermənistan pozur”

"Tez-tez Azərbaycan tərəfinin üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməsinin zəruriliyi ilə bağlı çağırışlar eşidirik, amma əslində müddəaları rəsmi İrəvan pozur”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Aksiyaların başlama səbəbini qeyd etmək istərdim. Səbəb qızıl və mis-molibden ehtiyatlarının talanmasıdır. Azərbaycanın Qarabağ regionu faydalı qazıntılarla zəngindir. Hazırda ermənilərin yaşadığı bu ərazidə 151 faydalı qazıntı yatağı var ki, onlardan 52-si ilk dəfə 1993-2020-ci illərdə istismara verilib”, - nazir bildirib.

O, Azərbaycanın ekologiyasına böyük ziyan dəydiyini nəzərə çatdırıb: “İki yataqda nələrin baş verdiyi göz qabağındadır. Bu, Azərbaycan ictimaiyyətində hiddət doğurmaya bilməz”.

Nazirin sözlərinə görə, aksiyaların səbəbi Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və Ermənistan hərbçi qulluqçularının ərazimizdə olmasıdır. 

"Digər aktual məsələ minalar mövzusudur. Mina terroru davam etdirilir, bu isə etnik təmizləmə siyasətinin davamı deməkdir", - XİN başçısı diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi