Azərbaycanın XİN başçısının müavini: "ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təzyiqi artırmalıdır"

Azərbaycanın XİN başçısının müavini: "ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təzyiqi artırmalıdır" Bakı. 26 sentyabr. REPORT.AZ/ Dünya ictimaiyyəti, habelə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistana təzyiqin artırılması vacibdir.
Qarabağ
26 Sentyabr , 2018 16:50
Azərbaycanın XİN başçısının müavini: ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təzyiqi artırmalıdır
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov / Report
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Dünya ictimaiyyəti, habelə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistana təzyiqin artırılması vacibdir".

"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.  

O bildirib ki, Ermənistanın yeni rəhbərliyi də, sələfləri kimi, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayaraq işğalçılıq siyasətindən çəkinmir, əksinə daha aqressiv ritorika ilə çıxış edir: "Bu da təəssüf doğurur". 

Nazir müavini vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpa olunması və sərhədlərinin toxunulmazlığı əsasında nizama salınmalıdır. 

Son xəbərlər

Orphus sistemi