​Azərbaycanın Litvadakı səfiri "LRT Kultura" kanalının rəhbərliyi ilə erməni rejissorun çəkdiyi filmi müzakirə edib

​Azərbaycanın Litvadakı səfiri "LRT Kultura" kanalının rəhbərliyi ilə erməni rejissorun çəkdiyi filmi müzakirə edib Telekanal tərəfindən bu məsələ ilə bağlı müəyyən addımlar atılacaq
Qarabağ
200
8 Noyabr , 2014 11:37
​Azərbaycanın Litvadakı səfiri LRT Kultura kanalının rəhbərliyi ilə erməni rejissorun çəkdiyi filmi müzakirə edib

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin "LRT Kultura" telekanalının rəhbərliyi ilə görüşüb.

Səfir H.Məmmədzadə "Report"a bildirib ki, kanalın rəhbərliyi ilə görüşdə erməni rejissor Vardan Oqanesyanın Dağlıq Qarabağ münaqişəsi barədə çəkdiyi "Sülh və müharibə zamanı insanların hekayələri" adlı sənədli filmin bu kanalda nümayiş etdirilməsi məsələsi müzakirə edilib

Səfir qeyd edib ki, kanal tərəfindən bu məsələ ilə bağlı müəyyən addımlar atılacaq: "Hələ ki, bu addımlar barədə danışmaq istəməzdim".

Qeyd edək ki, bir neçə gün bundan öncə, "LRT Kultura" telekanalında"Sülh və müharibə zamanı insanların hekayələri" sənədli filmi nümayiş etdirilib. Filmdə erməni silahlı qüvvələri tərəfindən işğal olunan olunmuş Dağlıq Qarabağ barədə təhrif olunmuş məlumatlar əks olunub, həmçinin, erməni separatçılarının müharibə barədə yalan fikirləri yer alıb. Bununla bağlı Azərbaycanın Litvadakı səfirliyi telekanala öz etirazını bildirib.

Son xəbərlər

Orphus sistemi