​Azərbaycanın işğal olunan ərazilərinə qanunsuz səfər edən İsveçrə vətəndaşı beynəlxalq axtarışa verilib

​Azərbaycanın işğal olunan ərazilərinə qanunsuz səfər edən İsveçrə vətəndaşı beynəlxalq axtarışa verilib Vartan Sirmakesin tutulub istintaqa cəlb edilməsi üçün "İnterpol"un Milli Mərkəzi Bürosu tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir
Qarabağ
11 Noyabr , 2015 17:33
​Azərbaycanın işğal olunan ərazilərinə qanunsuz səfər edən İsveçrə vətəndaşı beynəlxalq axtarışa verilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın işğal olunan ərazilərinə qanunsuz səfər edən İsveçrə vətəndaşı beynəlxalq axtarışa verilib.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində İsveçrə Konfederasiyasının vətəndaşı, “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin Ermənistanın Azərbaycan Respublikasının işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi, həmin ərazilərdə qanunsuz sahibkarlıqla məşğul olması və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 192.2.2-ci (Qanunsuz sahibkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Baş Prokurorluqdan bildirilib ki, ittiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 2015-ci il noyabrın 11-də V.Sirmakes Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Hazırda V.Sirmakesin tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi