Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü: “Ermənistan işğalçıdır və AŞPA-dan çıxarılmalıdır”

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü: “Ermənistan işğalçıdır və AŞPA-dan çıxarılmalıdır” Rövşən Rzayev: "AŞPA elə bir institutdur ki, orada işğalçıya yer yoxdur"
Qarabağ
6 Sentyabr , 2017 16:17
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü: “Ermənistan işğalçıdır və AŞPA-dan çıxarılmalıdır”
Report.az

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Azərbaycanın Avropa Şurası Parlament Assambleyasından çıxarılması ilə bağlı fikirləri bizim üçün önəmli deyil. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ona görə işğalçı ölkənin mövqeyi bizim üçün heç bir əhəmiyyətə malik ola bilməz”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

O qeyd edib ki, bu, düşmən mövqeyindən irəli gələn məsələdir: “AŞPA-dan, ilk növbədə, Ermənistan çıxarılmalıdır. AŞPA elə bir institutdur ki, orada işğalçıya yer yoxdur. Təəssüflər olsun ki, Ermənistan işğalçı ola-ola həmin qurumda təmsil olunur. Baxmayaraq ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı ilə bağlı AŞPA-nın müəyyən qərarları var. Amma Ermənistan bu qərarların heç birinə əməl etmir. Ona görə də Ermənistan qurumu tərk etməlidir. Onlar bilməlidir ki, ya Qərbdə, ya da Avrasiyada olmalıdırlar. Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olubsa, Ermənistan xarici işlər nazirinin müavini özü ölkəsinin AŞPA-dan getməsində maraqlı olmalıdır. Onlar öz bildikləri işlə məşğul olsunlar, Azərbaycanın əvəzinə danışmasınlar”.

Qeyd edək ki, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan Azərbaycanın AŞPA-dan çıxarılması təklifi ilə çıxış edib. O bildirib ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyəti bununla bağlı məsələ qaldırmalıdır.

Son xəbərlər

Orphus sistemi