Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının dağıtdığı evlərə baxıb, erməni terrorunun izləri ilə tanış olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.
Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Gəncəyə gəlib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, onlar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə erməni təxribatı nəticəsində dağıdılmış yaşayış mərkəzlərini ziyarət edəcək, həlak olan və yaralanan ailələrin yaxınları ilə görüşəcək.