Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

Qarabağ
  • 16 noyabr, 2020
  • 17:50
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın həyata keçirilməsi, razılaşmadan irəli gələn bir-sıra məsələlər, eləcə də humanitar xarakterli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

19:33

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Türkiyə Xarici İşlər Nazirliyindən "Report"un yerli bürosuna verilən məlumata görə, tərəflər Dağlıq Qarabağdakı hazırkı vəziyyəti müzakirə ediblər.

Vüsalə Abbasova

Son xəbərlər

Bütün Xəbər Lenti