Azərbaycan və Ermənistanın XİN başçıları sentyabrın 26-da Nyu-Yorkda görüşəcəklər
Qarabağ
- 24 sentyabr, 2018
- 05:55
Bakı. 24 sentyabr. REPORT.AZ/ BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında sentyabrın 26-da Nyu-Yorkda görüş keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Son xəbərlər
15:11
Növbəti köç karvanı Laçına çatıb
Qarabağ15:11
Putin: 2025-ci ildə Ukraynada 300-dən çox yaşayış məntəqəsi Rusiyanın nəzarətinə keçib
Digər ölkələr15:10
"S&P" "Azər-Türk Bank"ın yeni inkişaf strategiyasını qiymətləndirəcək
Maliyyə15:09
Foto
Azərbaycanda "Vistar" Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb
İKT15:09
Azərbaycanın Keniyadakı səfiri "Spice FM" radio kanalında Bakıda keçiriləcək WUF13 barədə məlumat verib
Xarici siyasət15:03
Foto
Ənənəvi dadların qlobal səfəri
Biznes14:58
İran və Rusiya bir ay ərzində Rəşt – Astara dəmir yolunun tikintisi üzrə müqavilə imzalayacaqlar
Region14:48
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə14:43