Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib Proses insidentsiz başa çatıb
Qarabağ
1049
4 May , 2017 13:14
Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib

Bakı. 4 may. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 4-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər. 

Son xəbərlər

Orphus sistemi