Azərbaycan Silahlı Qüvvələri ermənilərin mövqelərinə 88 dəfə atəş zərbəsi endirib

Azərbaycan Silahlı Qüvvələri ermənilərin mövqelərinə 88 dəfə atəş zərbəsi endirib Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 85 dəfə pozub
Qarabağ
2 Dekabr , 2015 09:35
Azərbaycan Silahlı Qüvvələri ermənilərin mövqelərinə 88 dəfə atəş zərbəsi endirib

Bakı. 2 dekabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 85 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikası Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi