Azərbaycan səfiri: "Bütün dünya işğalçının simasını gördü"

Azərbaycan səfiri: "Bütün dünya işğalçının simasını gördü" "Azərbaycan ordusunun qətiyyətli addımları ermənilərin özünəinam mifini məhv etdi"
Qarabağ
8 Aprel , 2016 18:21
Azərbaycan səfiri: Bütün dünya işğalçının simasını gördü

Bakı. 8 aprel. REPORT.AZ/ "Heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsi mürəkkəb məsələdir. Amma Azərbaycan ordusunun qətiyyətli addımları məni həm diplomat, həm də adi vətəndaş kimi sevindirir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev jurnalistlərə açıqlamasında deyib.

"Biz uzun müddət ərzində səbirlə onları sülhə, danışıqlar yolu ilə işğal etdikləri ərazilərdən çıxmağa, beynəlxalq hüquqa hörmət etməyə dəvət edirdik. Amma onlar özlərini cəzasız hiss etdiklərindən hər dəfə atəşkəsi pozur, dinc əhalini hədəf alırdı. Belədə Azərbaycan tərəfi sərt tədbirlərə əl atmalı idi və Azərbaycan ordusu nəyə qadir olduğunu göstərdi", - deyə sabiq nazir bildirib.

V.Quliyev Azərbaycan ordusunun qətiyyətli addımlarının insanlar arasında vətənpərvərlik ruhunu yüksəltdiyini, orduya inamı artırdığını söyləyib: "Digər tərəfdən ordunun bu qətiyyəti ermənilərin özünəinam mifini məhv etdi. Həm də bütün dünya işğalçının simasını gördü. Artıq Qarabağda yaşayan ermənilər özlərini rahat hiss etmir. İnanıram ki, Ermənistanın rəsmi şəxsləri də narahatlıq hissi keçirir".

Son xəbərlər

Orphus sistemi