​Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

​Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Qarabağ
23 İyul , 2015 11:00
​Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki (ABŞ), İqor Popovu (Rusiya), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. “Report”un xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi