Bu barədə “Report”a Azərbaycan müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutublar.
Tərtər rayonunun Göyarx, Qızıl Oba, Nəmirli, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.