Bakı. 2 dekabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 2-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.