Azərbaycan Müdafiə Nazirliyi: Düşmən mövqelərinə cavab atəşi endirilib

Azərbaycan Müdafiə Nazirliyi: Düşmən mövqelərinə cavab atəşi endirilib Nazirlik: Hazırda cəbhəboyu zonada əməliyyat şəraitinə bölmələrimiz tam nəzarət edir və atəş xəttində üstünlük qoşunlarımızın tərəfindədir
Qarabağ
16 Yanvar , 2017 11:03
Azərbaycan Müdafiə Nazirliyi: Düşmən mövqelərinə cavab atəşi endirilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, yanvarın 15-i axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Hərbi qulluqçularımız arasında itki yoxdur.
Düşmən tərəfinin aktivliyinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri həyata keçirərək onu susdurub.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Hazırda cəbhəboyu zonada əməliyyat şəraitinə bölmələrimiz tam nəzarət edir və atəş xəttində üstünlük qoşunlarımızın tərəfindədir.

Son xəbərlər

Orphus sistemi