Azərbaycan MN: “Azərbaycan Ordusunun tətbiq edəcəyi müasir silahlar erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcək”

Azərbaycan MN: “Azərbaycan Ordusunun tətbiq edəcəyi müasir silahlar erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcək” “Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın növbəti dəfə məsuliyyətsiz və populist çıxışı bizi heç də təəccübləndirmir”
Qarabağ
908
27 Yanvar , 2017 11:32
Azərbaycan MN: “Azərbaycan Ordusunun tətbiq edəcəyi müasir silahlar erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcək”

Bakı. 27 yanvar. REPORT.AZ/ “Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyanın növbəti dəfə məsuliyyətsiz və populist çıxışı bizi heç də təəccübləndirmir”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlikdən qeyd ediblər ki, qarşı tərəfin cinayətkar hərbi-siyasi rəhbərliyinin nümayəndələri aprel hadisələrinə kimi də bu və buna bənzər müxtəlif bəyanatlarla çıxış ediblər: “Hamımızın yaxşı yadındadır ki, məhz aprel əməliyyatlarından sonra Movses Akopyanın Dağlıq Qarabağda qalmasının onun fiziki məhvinə gətirəcəyini anlayan Serj Sarqsyan onu təcili surətdə Yerevana qaçırtmaq məcburiyyətində qaldı.

Apreldə döyüşlərində aldığı güclü zərbədən sonra iflasa uğrayan Ermənistan ordusu və onun rəhbərliyi deyəsən bu cür təxribat xarakterli çıxışlarla ölkəsində mövcud olan daxili siyasi, sosial və ictimai gərginliyi sakitləşdirməyə cəhd göstərir.

Lakin Movses Akopyan dərk etməlidir ki, Azərbaycan Ordusunun tətbiq edəcəyi müasir silahlar aprel döyüşləri zamanı istifadə olunanlarla müqayisədə daha dağıdıcı olmaqla yanaşı erməni ordusunun tamamilə məhv edilməsi ilə nəticələnəcəkdir”.

Son xəbərlər

Orphus sistemi