Bakı. 29 yanvar. REPORT.AZ/ Yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.