Baş Prokurorluq: Ermənistanın təxribatı nəticəsində ölənlərin meyitlərinin müayinəsi zamanı tank əleyhinə qumbaraatan qəlpələri aşkarlanıb

Baş Prokurorluq: Ermənistanın təxribatı nəticəsində ölənlərin meyitlərinin müayinəsi zamanı tank əleyhinə qumbaraatan qəlpələri aşkarlanıb Eldar Sultanov: "Bu, ermənilərin dinc əhaliyə qarşı ilk təxribatı deyil"
Qarabağ
5 İyul , 2017 13:45
Baş Prokurorluq: Ermənistanın təxribatı nəticəsində ölənlərin meyitlərinin müayinəsi zamanı tank əleyhinə qumbaraatan qəlpələri aşkarlanıb
Report.az

Bakı. 5 iyul. REPORT.AZ/ Ermənistan tərəfinin Füzuli rayonu Alxanlı kəndini atəşə tutması nəticəsində hadisə yerində və həlak olanların meyitlərinin müayinəsi zamanı tank əleyhinə qumbaraatan mərmilərinin qəlpələri aşkar olunub.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov brifinqdə bildirib.

O, ermənilərin açdığı atəş nəticəsində iki nəfərin həlak olması və bir nəfərin yaralanması faktı ilə bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi açıldığını qeyd edib.

"Bu, ermənilərin dinc əhaliyə qarşı ilk təxribatı deyil. Ermənilər tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı əvvəlki dövrlərdə də başlanmış cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir", - E.Sultanov deyib.

Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Son xəbərlər

Orphus sistemi