Bu gün Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Azər Kərimli təşkilatın həmsədrlərinə məktub ünvanlayıb.
“Report” xəbər verir ki, deputat məktubunda iyulun 12-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Tovuz rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutmaq üçün artilleriya qurğularından istifadə edərək iki ölkə arasında atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrini sərt tənqid edıb, eyni zamanda təşkilatdakı həmkarlarının diqqətini Ermənistan qoşunları tərəfindən mülki şəxslərin qəsdən və sistematik şəkildə hədəfə alınmasına yönəldib.
A.Kərimli Avronest PA-nı Ermənistan Respublikasının Azərbaycana qarşı işğalçılıq və aqressiya siyasətini, habelə son zamanlar Azərbaycanla sərhəd boyunca baş verən təxribatçı hərəkətlərini sərt şəkildə qınamağa çağırıb.