Avropa Məhkəməsi aprel döyüşlərində ermənilərin vurduğu ziyanla bağlı Azərbaycandan göndərilən iddiaları icraata götürüb
- 10 fevral, 2017
- 08:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 fevral. REPORT.AZ/ 2016-cı ilin aprel döyüşləri vaxtı ermənilərin vurduğu ziyanla bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib.
“Artıq həmin işlər icraata götürülüb”, - deyə, Ç.Əsgərov əlavə edib.
Sektor müdiri vurğulayıb ki, Milli Qəhrəman Çingiz Qurbanovun nəşinin ermənilərdən alınması üçün böyük addımlar atılıb: “Möhtərəm prezidentin göstərdiyi səylər danılmazdır. Həmin hadisə ilə bağlı azərbaycanlı hüquqşünaslar tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət verilib”.