ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək

ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək Monitorinq avqustun 25-də Qazax rayonunun Məzəm kəndi yaxınlığında olacaq
Qarabağ
24 Avqust , 2015 10:30
ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək

Bakı. 24 avqust. REPORT.AZ/  ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 25-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yevgeni Şarov keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi