ATƏT PA-nın xüsusi nümayəndəsi: "Qarabağ münaqişəsində növbəti qurbanların qarşısını almaq lazımdır"

ATƏT PA-nın xüsusi nümayəndəsi: "Qarabağ münaqişəsində növbəti qurbanların qarşısını almaq lazımdır" Kristian Vigenin ermənilər tərəfindən Füzuli rayonu Alıxanlı kəndinin atəşə tutulduğu zaman ölənlərə başsağlığı diləyib
Qarabağ
5 İyul , 2017 15:29
ATƏT PA-nın xüsusi nümayəndəsi: Qarabağ münaqişəsində növbəti qurbanların qarşısını almaq lazımdır

Bakı. 5 iyul. REPORT.AZ/ "Füzuli rayonu Alıxanlı kəndinin atəşə tutulması nəticəsində mülki vətəndaşların ölməsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aktivliyin nə qədər əhəmiyyətli olduğunu göstərir. Növbəti qurbanların qarşısını almaq lazımdır".

"Report" xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Minskdə ATƏT PA-nın sessiyasında deyib.

O, Alıxanlı kəndinin atəşə tutulması nəticəsində ölənlərin qohumlarına başsağlığı verib.

K.Vigenin ATƏT PA-nın parlamentarilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcəyini qeyd edib.

ATƏT PA-nın xüsusi nümayəndəsi xatırladıb ki, bu yaxınlarda münaqişənin həlli ilə bağlı Vyanada bir sıra, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirib və vasitəçilərlə danışıqlar prosesinin gedişatı barədə məlumat mübadiləsi üzrə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi