ATƏT PA-nın prezidenti: "Dağlıq Qarabağ münaqişəsi Avropa təhlükəsizliyinin arxitekturası üçün çağırışdır"

ATƏT PA-nın prezidenti: "Dağlıq Qarabağ münaqişəsi Avropa təhlükəsizliyinin arxitekturası üçün çağırışdır" Gürcüstanın işğalının davam etməsi, Dağlıq Qarabağ münaqişəsi, Krımın qanunsuz birləşdirilməsi və Ukraynanın şərqində davam edən münaqişə də daxil olmaqla, Avropa təhlükəsizliyinin arxitekturası üçün çağırışlar transatlantik və ümumi Avropa əməkdaşlığının genişləndirilməsini tələb edir.
Qarabağ
3 İyun , 2019 17:29
ATƏT PA-nın prezidenti: Dağlıq Qarabağ münaqişəsi Avropa təhlükəsizliyinin arxitekturası üçün çağırışdır

"Gürcüstanın işğalının davam etməsi, Dağlıq Qarabağ münaqişəsi, Krımın qanunsuz birləşdirilməsi və Ukraynanın şərqində davam edən münaqişə də daxil olmaqla, Avropa təhlükəsizliyinin arxitekturası üçün çağırışlar transatlantik və ümumi Avropa əməkdaşlığının genişləndirilməsini tələb edir".

"Report" xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli Bratislava şəhərində NATO Parlament Assambleyasının iclasında çıxış edərkən deyib.

"Münaqişələrin həlli üçün siyasi iradəni davamlı olaraq gücləndirməyə çalışırıq. Ona görə də bu gün sizi nüfuzunuzdan sülh və insanların həyatlarının normalaşması üçün istifadə etməni davam etdirməyə çağırıram. Gərginliklərin yalnız NATO astanasına qədər olmasına baxmayaraq, gələcəkdə əlavə yan təsirlərin qarşısının alınması və təhlükəsizliyin artması üçün tədbirlər görülməlidir", - ATƏT PA-nın prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi